Bəlləbur qalası
Lənkəran · Lənkəran r.TarixLənkəran şəhərindən 9 km cənub-qərbdə, Bəlləbur kəndi yaxınlığında VIII–IX əsrlərə aid edilən qala xarabalığı.
Qala təxminən 1 hektar ərazini əhatə edir; divarların hündürlüyü 4–5 m, eni 2 m-dir. Ərazidə saxsı su boruları olan məişət binalarının qalıqları var; qaladan tapılmış tikinti materialları və əşyalar Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.
KateqoriyaQala
Bakıdan250 km
Necə getmək
BakıdanMaşınla, Lənkəran üzərindən · ≈ 2 s 58 dəq
Xəritədə aç (OpenStreetMap)