Məxfilik siyasəti

Son yenilənmə: 6 oktyabr 2026

  • Yalnız hesab, rezerv və yazışma üçün lazım olan məlumatı toplayırıq.
  • Məlumatını satmırıq, reklam üçün istifadə etmirik. Saytda anonim istifadə statistikası üçün Google Analytics və öz sayımımız, mobil tətbiqdə isə yalnız öz sayımımız var (bax bölmə 9) — ona ad, telefon və IP ünvanı yazılmır.
  • Hesabını istənilən vaxt özün silə bilərsən: tətbiqdə və ya saytda Profil → «Hesabı sil» (necə və nə silinir). Sualın varsa: info@pro-tech.az.

1. Biz kimik

Darvish (darvish.az və Darvish mobil tətbiqi) PROTECH LLC-nin məhsuludur. Bu siyasət sayt və tətbiq vasitəsilə toplanan şəxsi məlumatlara aiddir. Əlaqə: info@pro-tech.az, +994 99 369 53 33.

2. Hansı məlumatları toplayırıq

Hesab

  • Telefonla qeydiyyat: mobil nömrə, ad və şifrə. Şifrə yalnız şifrələnmiş (hash) formada saxlanılır, biz onu görə bilmirik. Mobil tətbiqdə giriş yalnız bu üsulladır.
  • Google ilə giriş: Google hesabından yalnız adın, e-poçt ünvanın və profil şəklinin linki gəlir (standart «openid», «email», «profile» icazələri). Google kontaktlarına, Gmail-ə, Drive-a və ya başqa Google məlumatlarına çıxışımız yoxdur və bunu istəmirik.

Rezerv və yazışma

  • Rezerv tarixləri, qonaq sayı, seçilmiş əlavə xidmətlər, məbləğlər və rezervin vəziyyəti.
  • Ev sahibi ilə platformadakı mesajlar və rəylər.
  • Bildirişlər (sorğu, təsdiq, ləğv, xatırlatma) — hesabında göstərilir.

Ev sahibləri

  • Evin təsviri, qiymətləri, təqvimi, fotoları və dəqiq ünvanı/xəritə nöqtəsi.
  • Dəqiq ünvan ictimai göstərilmir: axtarışda evin yeri təsadüfi 150–500 m sürüşdürülmüş təxmini dairə kimi görünür. Dəqiq ünvanı yalnız təsdiqlənmiş rezervin qonağı və Darvish komandası görür.
  • Ev fotoları: tətbiqdə foto qalereyadan seçilir və ya sən «Kamera»nı seçəndə çəkilir. Yalnız seçdiyin foto yüklənir; kameraya və qalereyaya başqa məqsədlə müraciət etmirik.

Səfər planlayıcısı

  • «Səfər planı» sahəsinə yazdığın mətn plan qurmaq üçün emal olunur və bizdə saxlanmır, jurnala yazılmır. Sorğu limiti üçün 2 gün ərzində yalnız bunlar saxlanılır: hesabının identifikatoru (daxil olmusansa) və ya IP ünvanının gündəlik dəyişən duzlu həşi, sorğunun vaxtı və texniki sayğaclar.
  • «Yadda saxla» basanda plan hesabında saxlanılır — yalnız seçilmiş yer və məkanların siyahısı və rəqəmlər. «Paylaş» basanda plan linki olan hər kəs onu görə bilər; planı istənilən vaxt silə bilərsən.

Cashera hesab bağlantısı

  • Profildə Cashera hesabını qoşsan, bağlantının identifikatoru və Cashera hesabının maskalı adı (məs. «tu***@gmail.com») saxlanılır. Cashera-dakı istifadəçi identifikatorun Darvish-də saxlanmır. Bağlantını istənilən vaxt «Ayır» ilə kəsə bilərsən.

Əməkdaşlıq müraciəti

  • Əməkdaşlıq formasını doldursan: ad, telefon, rayon, fəaliyyət növü və yazdığın təsvir — yalnız səninlə əlaqə saxlamaq üçün.

Toplamadıqlarımız

  • Kart məlumatı: onlayn ödəniş hələ qoşulmayıb, kart nömrəsi Darvish-də saxlanmır.
  • Yerin: «Mənim yerim» düyməsi brauzerin/telefonun icazəsi ilə (tətbiqdə yalnız istifadə zamanı) yerini ekranda xəritədə göstərmək üçün istifadə edir; yer serverimizə göndərilmir və saxlanmır. Ev sahibi ev əlavə edərkən bu düymə xəritəni onun olduğu yerə gətirir — serverə yalnız sahibin özünün təsdiqlədiyi evin nöqtəsi yazılır.
  • Kontaktlar, SMS, mikrofon, fon rejimində yer: tətbiq bu icazələri istəmir.
  • Reklam və üçüncü tərəf izləmə (retargeting) kukiləri: saytda da, mobil tətbiqdə də yoxdur.
  • Mobil tətbiqdə üçüncü tərəf analitika və ya xəta izləmə SDK-sı (Google Analytics və s.): qoşulmayıb — Google Analytics yalnız saytda (darvish.az) işləyir. Tətbiqdə yalnız öz anonim sayımımız var (bölmə 9).

3. Məlumatdan necə istifadə edirik

  • Hesabı yaratmaq, girişi təmin etmək və səni tanımaq.
  • Rezerv sorğusunu ev sahibinə çatdırmaq, təsdiq/ləğv, xatırlatma və rəy dəvəti bildirişlərini göndərmək.
  • Qonaqla ev sahibi arasında yazışmanı təmin etmək.
  • Təhlükəsizlik: mesajlarda telefon nömrəsi və ya kart məlumatı paylaşımı avtomatik aşkarlanır və xəbərdarlıq göstərilir; şikayət olduqda Darvish komandası müvafiq yazışmaya baxa bilər.
  • Hüquqi öhdəlikləri yerinə yetirmək və mübahisələri həll etmək.

Məlumatını reklam, profilləşdirmə və ya satış üçün istifadə etmirik.

4. Google istifadəçi məlumatları

Darvish-in Google API-lərindən aldığı məlumatın istifadəsi və başqa tətbiqlərə ötürülməsi Google API Services User Data Policy, o cümlədən «Limited Use» tələblərinə uyğundur. Google-dan gələn ad, e-poçt və profil şəkli yalnız hesabını yaratmaq və səni hesabda göstərmək üçün istifadə olunur; reklam üçün istifadə olunmur, satılmır, süni intellekt modellərini öyrətmək üçün istifadə olunmur və üçüncü tərəflərə ötürülmür (aşağıdakı texniki xidmət provayderləri istisna olmaqla, onlar da yalnız xidməti göstərmək üçün emal edir).

5. Kimlə paylaşırıq

  • Ev sahibi — rezerv sorğusunda adın, tarixlər və qonaq sayı; rezerv təsdiqlənəndə isə əlaqə və giriş məlumatları.
  • Supabase (verilənlər bazası, giriş, fayllar) — serverlər Avropa İttifaqında, Frankfurtdadır.
  • Vercel (saytın yerləşdirilməsi) və Cloudflare (domen/DNS) — texniki sorğu məlumatı (IP ünvanı, brauzer).
  • Google Analytics 4 — saytda (darvish.az) anonim istifadə statistikası üçün: baxılan səhifələr, cihaz/brauzer növü, IP ünvanından Google-un hesabladığı təxmini məkan (şəhər səviyyəsində, dəqiq ünvan deyil). Adın, telefon nömrən və ya hesab məlumatın Google-a göndərilmir. Ətraflı: bölmə 9.
  • OpenFreeMap / OpenStreetMap — xəritə plitələri yüklənərkən brauzerin IP ünvanı xəritə serverinə çatır.
  • Google — yalnız «Google ilə davam et» seçəndə, girişi təsdiqləmək üçün.
  • Anthropic və OpenAI — «Tövsiyə al» sahəsinə yazdığın mətn bu iki süni intellekt xidmətinə göndərilir ki, filtrlərə çevrilsin və seçilən evlər ilə yerlər üçün qısa izah yazılsın. Adın, nömrən və hesab məlumatın göndərilmir. Mətn bizdə saxlanmır, jurnala yazılmır və hesabınla əlaqələndirilmir.
  • Anthropic — «Səfər planı» süni intellekt rejimində işləyəndə yazdığın mətn və bazamızdakı uyğun yerlərin məlumatı plan qurmaq üçün Anthropic-ə göndərilir. Adın, nömrən və hesab məlumatın göndərilmir. Bu rejim söndürüləndə plan yalnız bizim serverdə qaydalarla qurulur.
  • Cashera — yalnız sən «Cashera-da böl» düyməsini basanda: evin adı, tarixlər, rezervin məbləğləri və yazdığın dost adları. Cashera hesabını qoşmusansa, hər yeni rezerv üçün eyni məlumat (evin adı, yeri, tarixlər, məbləğlər və adın) avtomatik göndərilir ki, Cashera hesabında qrup yaransın. Telefon, dəqiq ünvan və ödəniş məlumatı göndərilmir. Bundan sonra məlumat Cashera-nın öz məxfilik siyasətinə tabedir.
  • Qanunla tələb olunduqda — səlahiyyətli dövlət orqanları.

6. Nə qədər saxlayırıq

  • Hesab məlumatı — hesab aktiv olduğu müddətdə.
  • «Hesabı sil» düyməsi ilə hesab dərhal bağlanır: ad və nömrə silinir, profil anonimləşir, qarşıdakı cavabsız sorğular ləğv olunur, Cashera bağlantısı hər iki tərəfdə kəsilir. Yayımda evi olan ev sahibi hesabı dəstək vasitəsilə silir. Addımlar və nəyin saxlandığı: darvish.az/hesabi-sil.
  • Səfər planlayıcısının sorğu jurnalı — 2 gün.
  • Rezerv və ödəniş qeydləri mühasibat və mübahisə üçün qanunun tələb etdiyi müddət ərzində saxlanıla bilər; bu halda ad və əlaqə məlumatları anonimləşdirilir.

7. Sənin hüquqların

  • Haqqında saxlanan məlumatı görmək və surətini almaq.
  • Səhv məlumatı düzəltmək (adı «Profil» bölməsində özün dəyişə bilərsən).
  • Hesabı özün silmək (tətbiqdə və ya saytda Profil → «Hesabı sil», ətraflı) və ya silməyi dəstəkdən tələb etmək.
  • Google ilə girişin icazəsini istənilən vaxt Google hesabının ayarlarından geri götürmək.

Tələbini qeydiyyatdan keçdiyin nömrə və ya e-poçtdan info@pro-tech.az ünvanına yaz. 30 gün ərzində cavab veririk.

8. Təhlükəsizlik

Bütün əlaqə HTTPS ilə şifrələnir. Verilənlər bazasında hər istifadəçi yalnız öz məlumatını görür (sətir səviyyəsində giriş qaydaları); dəqiq ünvan və telefon kimi həssas sahələr yalnız lazım olan tərəfə açılır.

9. Kukilər və yaddaş

Sayt girişi saxlamaq üçün brauzerin yaddaşından (localStorage), mobil tətbiq isə telefonun öz yaddaşından istifadə edir. Reklam və ya üçüncü tərəf izləmə (retargeting) kukiləri yoxdur.

Saytda (darvish.az) Google Analytics 4 işləyir — məqsədi saytın hansı səhifələrinin baxıldığını görüb onu yaxşılaşdırmaqdır. Bunun üçün brauzerinə _ga adlı kuki qoyulur və Google-a anonim məlumat (baxılan səhifə, cihaz/brauzer növü, IP ünvanından hesablanan təxmini məkan) göndərilir; bu məlumat adınla, telefon nömrənlə və ya Darvish hesabınla əlaqələndirilmir. İstəsən brauzerinin ayarlarından kukiləri bloklaya, ya da Google Analytics Opt-out əlavəsini quraşdıraraq bu ölçmədən tam çıxa bilərsən. Mobil tətbiqdə Google Analytics və ya başqa üçüncü tərəf analitika SDK-sı yoxdur.

Bundan əlavə, öz sayımımız var: hansı səhifəyə baxıldığı, ölkə, cihaz növü, haradan gəlindiyi və zəng/WhatsApp/xəritə düymələrinə klik. Brauzerdə təsadüfi identifikator saxlanılır (localStorage), serverdə yalnız onun heşi yazılır; IP ünvanı, ad və telefon saxlanmır. Bu məlumat 400 gündən sonra silinir.

Mobil tətbiqdə də eyni öz sayımımız işləyir: hansı ekrana baxıldığı (region, yer və ya bloq yazısının qısa adı ilə), zəng/WhatsApp/xəritə və ya xarici link düymələrinə klik, əməliyyat sistemi (Android/iOS) və ölkə. Telefonun yaddaşında təsadüfi identifikator saxlanılır, serverdə yalnız onun heşi yazılır; ad, telefon nömrəsi və hesab məlumatı göndərilmir, IP ünvanı saxlanmır. Sayım yalnız mağazadan yüklənən versiyada işləyir və bu məlumat da 400 gündən sonra silinir.

10. Uşaqlar

Rezerv etmək üçün 18 yaşdan böyük olmalısan. 18 yaşdan kiçiklərin məlumatını bilərəkdən toplamırıq.

11. Dəyişikliklər

Bu siyasət dəyişəndə yuxarıdakı tarixi yeniləyirik; əhəmiyyətli dəyişiklik barədə hesabında bildiriş göstəririk.

Digər qaydalar: istifadə şərtləri, ləğv və ev sahibi qaydaları.