Xınalıq
Quba · Quba r.TarixTəbiətFotoGəzinti
Quba rayonunda, Baş Qafqaz və Yan silsilələr arasındakı çökəklikdə yerləşən qədim dağ kəndi; Şahdağ xalqlarından olan xınalıqlıların tarixi məskənidir.
Kənd Quba şəhərindən təxminən 57 km cənub-qərbdə yerləşir. 2023-cü ildə «Xınalıq xalqının mədəni landşaftı və “Köç yolu”» UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Kənddə Xınalıq tarix-etnoqrafiya muzeyi və Əbu Müslim məscidi var; sakinlər öz dilləri olan xınalıq dilində danışırlar.
