Şəki xan sarayı
Şəki · Şəki r.TarixFotoAilə
Şəki şəhərinin şimal-şərq hissəsində, qala divarları ilə əhatələnmiş ərazidə yerləşən XVIII əsrə aid keçmiş xan sarayı; hazırda muzey kimi fəaliyyət göstərir.
İki mərtəbəli saray 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Fasad ov və döyüş səhnələri, həndəsi və nəbati naxışlarla bəzədilib; mərkəzində rəngli şüşələrdən yığılmış iri şəbəkə pəncərə var. Saray 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş «Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi»nin tərkibindədir.
