Hacı Bədəl məscidi
İsmayıllı · İsmayıllı r.TarixDini
Basqalda Hacı Bədəl məscidinin qara minarəli damı və daş hasarlı həyəti, önündə daş döşəmə.
«Hacı Bədəl məscidi 2026 (2)» · çəkiliş: 2026-08-15 12:58:23 · Rəcəb Yaxşı · CC BY-SA 4.0
Basqalın Dəmirçibazar məhəlləsində 1854-cü ildə tikilmiş məscid; yerli əhəmiyyətli tarix-memarlıq abidəsidir.
Məscidi Hacı Bədəl Məşədi ağa oğlu qızı Sitarə xanımın şərəfinə tikdirib. Həyətində 1898-ci ildə vəfat etmiş Seyid Ümbülbanunun türbəsi var. Sovet dövründə bina kəlağayı sexi və anbar kimi istifadə olunub, 1991-ci ildə yenidən dindarlara verilib.
