Gəncə İmamzadəsi (Göy İmam)
Gəncə · Gəncə ş.DiniTarixFoto
Gəncə İmamzadəsi kompleksində türbə binası.
«GanjaMausoleum 004 4931» · çəkiliş: 2019-04-17 17:27:27 · Ludvig14 · CC BY-SA 4.0
Gəncə şəhərindən təxminən 7 km şimalda, Qədim Gəncə ərazisində, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksi.
Kompleks imam Məhəmməd Baqirin VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşıb; türbə, məscid, qəbiristanlıq və darvaza günbəzi daxil olmaqla doqquz günbəzdən ibarətdir. Türbə qırmızı kərpicdən tikilib.
