Maralgöl
Göygöl · Göygöl r.TəbiətGəzintiFoto
Maralgöl və arxa planda Kəpəz dağı.
«Maralgol lake with the Kapaz mountain in the background» · çəkiliş: 2021-08-10 · Golden · CC BY-SA 4.0
Murovdağda, Göygölün yaxınlığında, dəniz səviyyəsindən 1910 m yüksəklikdə dağ gölü.
Gölün sahəsi 23 hektar, ən dərin yeri təxminən 60 m-dir. Göl 1139-cu il zəlzələsi zamanı qayaların uçaraq çayın yolunu kəsməsi nəticəsində yaranıb və Ağsu çayı ilə Göygölə bağlıdır. Maralgölə qalxan yol 296 pillədən ibarətdir.
