Masallı İstisu
Masallı · Masallı r.TəbiətGəzintiAiləMasallı şəhərindən təxminən 12–13 km qərbdə, Viləşçayın sahilində, Talış meşələri arasında yerləşən hidrogen-sulfidli isti su bulaqları və sanatoriya ərazisi.
Yerin dərin qatlarından çıxan suyun temperaturu 60 °C-dən yuxarıdır. Müalicəvi xüsusiyyəti XX əsrin ortalarında Masallılı alim Mirkazım Aslanlı tərəfindən araşdırılıb; 1971-ci ildə ümumittifaq əhəmiyyətli kurort statusu alıb. Ərazidə kiçik termal vannalar və böyük açıq hovuz var.