Rustov məscidi
Quba · Quba r.TarixDini
Rustov məscidinin açıq rəngli kərpic binası, firuzəyi çərçivəli sivri tağlı pəncərələri və damdakı kiçik qüllə.
«Rustov kənd məscidi (6)» · çəkiliş: 2021-01-29 16:02:47 · Rəcəb Həsənbəyov · CC BY-SA 4.0
Quba rayonunun Rustov kəndində 1903-cü ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilmiş məscid.
Sovet dövründə bağlanaraq taxıl anbarı kimi istifadə olunub, müstəqillikdən sonra yenidən məscid kimi fəaliyyətə başlayıb. 2008-ci ildə «Azərbərpa» institutunun layihəsi əsasında restavrasiya edilib. Yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsidir.
