Savalan şərab zavodu («Savalan – ASPI»)
Qəbələ · Qəbələ r.QastronomiyaTarix
Savalan şərab zavodunun tağlı zirzəmisində sıra ilə düzülmüş iri taxta şərab çəlləkləri.
«SAVALAN – ASPI Winery» · çəkiliş: 2025-06-06 · Farrux Dadasbayli · CC0
Qəbələ rayonunda, Qəbələ–Ağdaş yolu kənarında yerləşən şərab zavodu; 2006-cı ilin dekabrında «ASPI AGRO» MMC tərəfindən yaradılıb.
Zavodun Qəbələdəki üzüm bağlarında 21 texniki və 14 süfrə üzüm sortu yetişdirilir. Ərazidə Azərbaycan şərabçılığına həsr olunmuş muzey var; 18 dekabr 2024-cü ildə zavodun taxta çəlləyi «Dünyanın ən böyük taxta şərab çəlləyi» kimi Ginnesin Rekordlar Kitabına düşüb. Rus və ingilis dillərində dequstasiya turları keçirilir.
