Şəki qalası
Şəki · Şəki r.TarixFotoGəzinti
Şəki qala divarlarının bürcləri ilə birlikdə çəmənlikdən görünüşü, arxada meşəli dağlar.
«Şəki qalası 202506 (18)» · çəkiliş: 2025-06-08 · Rəcəb Yaxşı · CC BY-SA 4.0
Şəki şəhərinin yuxarı hissəsində, Xan sarayını əhatə edən orta əsr qala divarları; şəhərin əvvəlki adına görə Nuxa qalası kimi də tanınır.
Qala divarlarının ümumi uzunluğu 1300 m, qalınlığı 2,2 m-dir; şimal divarı 4 m, cənub divarı 8 m hündürlüyündədir. Qalanın cənub və şimal tərəflərində iki darvazası və bürcləri var. Bəzi mənbələrə görə qala 1765-ci ildə tikilib.
