Şəkixanovların evi
Şəki · Şəki r.TarixFoto
Şəkixanovların evinin ağ fasadı, ikinci mərtəbədə taxta çərçivəli şəbəkə pəncərələr.
«Shekikhanov's house (XVIII century)» · çəkiliş: 2024-08-02 · Rüfət Həsənli · CC BY 4.0
Şəki şəhərində, Xan sarayından bir neçə məhəllə aralıda yerləşən XVIII əsrə aid iki mərtəbəli tarixi bina; Şəkixanovlar sarayı da adlanır.
Bina xalq yaşayış evindən saray tipli evlərə keçid forması kimi qiymətləndirilir. Hər mərtəbə üç otaq və iki dəhlizdən ibarətdir; qış otağı kimi istifadə olunan birinci mərtəbə otaqlarında buxarılar var. İnteryer zəngin dekorativ elementlərlə bəzədilib.
