Şeyx Məhəmməd məscidi və Pir Çinar
İsmayıllı · İsmayıllı r.TarixDiniFoto
Basqalda Şeyx Məhəmməd məscidinin daş divarı önündə kökləri daşları örtmüş nəhəng Pir Çinar ağacı.
«Pir Çinar Basqal 2024 (14)» · çəkiliş: 2024-09-08 · Rəcəb Yaxşı · CC BY-SA 4.0
Basqalın Kələküçə məhəlləsində 1531-ci ildə tikilmiş məscid; «Basqal» Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindədir.
Məscid Pir Çinar, Pir bulaq və Xarabiyan qəbiristanlığı ilə birlikdə kompleks təşkil edir; tapılmış kitabəyə görə Pir Çinar 1568-ci ildə əkilib. 2019-cu ildə məscidin içində aparılan qazıntılarda daha qədim, Şirvanşahlar dövrü üslubunda məscid qalıqları üzə çıxıb.
