Yuxarı Karvansara
Şəki · Şəki r.TarixFoto
Yuxarı Karvansaranın iki mərtəbəli tağlı qalereyaları olan daxili həyəti.
«Yuxarı Karvansara 202506 (3)» · çəkiliş: 2025-06-07 · Rəcəb Yaxşı · CC BY-SA 4.0
Şəki şəhərinin Mirzə Fətəli Axundov küçəsində yerləşən, XVIII əsrdə yerli ustalar tərəfindən tikilmiş karvansara.
XVIII–XIX əsrlərdə Şəkidə olan beş böyük karvansaradan dövrümüzə çatmış ikisindən biridir; digəri Aşağı Karvansaradır. Karvansaralar karvanların və səyyahların qalması ilə yanaşı, ticarət əməliyyatları üçün də nəzərdə tutulurdu.
