Pir Hüseyn xanəgahı
Hacıqabul · Hacıqabul r.TarixDiniHacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində, XIII əsrdə Şirvanşahlar dövründə yaranmış sufi xanəgahı kompleksi (Pirsaatçay xanəgahı).
Kompleksin əsas binası Şeyx Pir Hüseyn Şirvaninin XIII əsrə aid məqbərəsidir. Məqbərəni bəzəyən kaşılar XIX əsrdən sökülüb aparılıb; onların böyük qismi Ermitajda, Luvrda, Britaniya Muzeyində və digər muzeylərdə saxlanılır.