Basqal hamamı (Hamam muzeyi)
İsmayıllı · İsmayıllı r.Tarix
Basqalın Kələküçə məhəlləsində XVI–XVII əsrlərdə tikilmiş hamam; 2021-ci ildə bərpa olunub, 2022-ci ildən binada hamam mədəniyyətinə həsr olunmuş muzey fəaliyyət göstərir.
Hamam 1990-cı ilə qədər təyinatı üzrə işləyib. Bina qismən yerin altında tikildiyindən yayda sərin, qışda isti qalırdı. Ekspozisiyada hamama getmə və çimmə ənənələri ilə bağlı məişət əşyaları nümayiş olunur.
