Zindan qalası (Dairəvi qala)
Lənkəran · Lənkəran r.TarixFoto
XVIII əsrdə tikilmiş Lənkəran qalasının cənub dayaq məntəqəsi olmuş dairəvi qüllə; Lənkəran şəhərinin mərkəzində yerləşir.
Rus işğalından sonra qala divarları sökülüb, qüllədən 1869-cu ildən XX əsrin ortalarınadək həbsxana kimi istifadə olunub; buna görə «Zindan» adlanır. Mənbələrə görə 1903–1904-cü illərdə İosif Stalin də burada saxlanılıb. Qüllənin hündürlüyü 20 metrdir; 2001-ci ildən memarlıq abidəsi kimi dövlət mühafizəsindədir.
