Cəlil Məmmədquluzadənin ev-muzeyi
Naxçıvan · Naxçıvan ş.Giriş şərti varTarixAiləƏdib Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində doğulduğu və 13 yaşınadək yaşadığı evdə yaradılmış muzey; 1999-cu ildə açılıb.
İki ekspozisiya zalında ədibin dövrünə aid məişət əşyaları, qızı Münəvvər xanımın pianosu, şəxsi kitabxanası və «Molla Nəsrəddin» jurnalının orijinal nüsxələri nümayiş olunur.