Naxçıvan Dövlət Tarix Muzeyi
Naxçıvan · Naxçıvan ş.Giriş şərti varTarixAiləElmNaxçıvanın arxeologiyası, tarixi və etnoqrafiyası üzrə əsas muzey. 1924-cü ildə tarix-etnoqrafiya muzeyi kimi yaradılıb, 1968-ci ildə dövlət statusu alıb; 48 mindən çox eksponat saxlanılır: arxeoloji tapıntılar, qədim sikkələr, xalçalar, milli geyimlər, tikmələr, zərgərlik və məişət əşyaları, təsviri sənət əsərləri.
Muzeyin ilk kolleksiyasına 1926-cı ildə naxçıvanlı Balabəy Əlibəyovun şəxsi kolleksiyası əlavə olunub.