Tufangöl
Qəbələ · Qəbələ r.TəbiətEkstrimFotoQəbələ və Qusar rayonlarının sərhədində, Baş Qafqaz suayrıcı silsiləsində dəniz səviyyəsindən 3277 m hündürlükdə yerləşən, buzlaq (moren) mənşəli şirin sulu göl. Qar və buzlaq suları ilə qidalanır; Tufançay bu göldən başlayır.
Gölün uzunluğu 160 m, eni 125 m, dərinliyi 5,6 m-dir; yayda su şəffaf olur və 2 m-ə qədər dibi görünür. Yerli maldarlar onu «Nuhun gölü» adlandırır.