Babadağ
Quba · Quba r.TəbiətEkstrimGəzintiFotoQuba və İsmayıllı rayonlarının sərhədində, Böyük Qafqazın cənub-şərq hissəsində 3629 m hündürlüyündə zirvə. Zirvəyə uzun və dik piyada marşrutla qalxılır; zirvədəki «Həzrətbaba piri» səbəbindən ziyarətçilər də gəlir.
Qaraçay, Vəlvələçay və Girdimançay çayları Babadağdan başlanır. 2001-ci ildən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi dövlət mühafizəsindədir.