Buduq
Quba · Quba r.TarixTəbiətFoto
Quba şəhərindən 64 km cənub-qərbdə, Böyük Qafqazın Yan silsiləsinin yamacında, Qaraçaydan təxminən 2 km aralı yerləşən dağ kəndi; Şahdağ xalqlarından olan buduqluların tarixi məskənidir.
Sakinlər Şahdağ yarımqrupuna aid buduq dilində danışır. Kənddə XIX əsrə aid, ölkə əhəmiyyətli abidə kimi qeydə alınmış Buduq məscidi var. Kəndin ilk yazılı xatırlanması XVI–XVII əsrlərin hüdudlarına aiddir.
