Cek
Quba · Quba r.TarixTəbiətFotoGəzinti
Tərxan Paşazadə · Public domain
Quba rayonunda, Baş Qafqaz silsiləsinin yamacında, 2000 m-dən yüksəkdə yerləşən dağ kəndi; Şahdağ xalqlarından olan ceklilərin tarixi məskənidir.
2011-ci ildə Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Cek kəndinə aid ərazisində tunc dövrünə aid olduğu ehtimal edilən yaşayış yeri və kurqan aşkarlanıb. Kənddəki Əbu Müslim məscidi sovet dövründə sökülüb, müstəqillik illərində qismən bərpa edilib. Sakinlər qrız dilinin cek dialektində danışır, əsas məşğuliyyət qoyunçuluqdur.
