Cümə məscidi
Quba · Quba r.TarixDini
Quba şəhərində, tikintisi 1792-ci ildə başlanıb 1802-ci ildə (hicri 1217) tamamlanmış tarixi məscid.
Səkkizguşəli prizma formalı binanın daxili hündürlüyü 28 m, sahəsi 400 m²-dir; kərpicləri Quba yaxınlığındakı İqrığ kəndində hazırlanıb. Sovet dövründə anbar, sonra xalça muzeyi kimi istifadə olunub; müstəqillikdən sonra dindarlara qaytarılıb. 1993–1994-cü illərdə məscidin yanında Osmanlı üslubunda yeni minarə tikilib.
