Şəkixanovların evi
Şəki · Şəki r.TarixFoto
Şəki şəhərində, Xan sarayından bir neçə məhəllə aralıda yerləşən XVIII əsrə aid iki mərtəbəli tarixi bina; Şəkixanovlar sarayı da adlanır.
Bina xalq yaşayış evindən saray tipli evlərə keçid forması kimi qiymətləndirilir. Hər mərtəbə üç otaq və iki dəhlizdən ibarətdir; qış otağı kimi istifadə olunan birinci mərtəbə otaqlarında buxarılar var. İnteryer zəngin dekorativ elementlərlə bəzədilib.
